DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində Serbiya yığmasını qəbul edəcək Azərbaycan millisinin sözügedən oyun üçün heyəti açıqlanıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazi Serbiya ilə matç üçün heyətə 23 futbolçu daxil edib.
İtalyan mütəxəssis Namiq Ələsgərov, Amil Yunanov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Rəhim Sadıxov, Tellur Mütəllimov və Xəyal Nəcəfovu bu qarşılaşmanın iştirak ərizəsinə daxil etməyib. Bir sözlə, adları çəkilən oyunçular bu matçda ehtiyat oyunçular skamyasında da yer ala bilməyəcəklər.
Azərbaycan millisinin heyəti:
Qapıçılar: Emil Balayev, Şahrudin Məhəmmədliyev, Mehdi Cənnətov;
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Abbas Hüseynov, Azər Salahlı, Elvin Bədəlov, Şəhriyar Əliyev, Sərtan Taşkın, Təmkin Xəlilzadə;
Yarımmüdafiəçilər: Emin Mahmudov, Coşqun Diniyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Aleksey İsayev, Elvin Cəfərquliyev, Toral Bayramov;
Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Əli Qurbani, Anatoli Nuriyev.
Qeyd edək ki, bu gün Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan – Serbiya matçına saat 20:00-da start veriləcək.


