La Liqa: “Valensiya” “Las Palmas”a da uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 10-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Valensiya” və “Las Palmas” komandaları üz-üzə gəliblər. Beş qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Beləliklə, 10 turdan sonra 27 xal toplamış “Barselona” vahid liderdir. Son çempion “Real” 24 xalla 2-ci, Madridin digər təmsilçisi “Atletiko” isə 20 xalla 3-cü pillədə qərarlaşıb. “Vilyarreal”ın 18, “Atletik” və “Malyorka”nın 17, “Betis” və “Osasuna”nın 15, “Rayo Valyekano” və “Selta”nın 13 xalı var.

İspaniya, La Liqa
10-cu tur
18 oktyabr

Alaves – Valyadolid 2:3
Qollar: T.Martines, 6. K.Qarsiya, 90+7 – Silla, 17. Amallah, 72-pen. Anuar, 76.

19 oktyabr

Atletik – Espanyol 4:1
Qollar: Vivian, 6. İ.Uilyams, 28; 30. Berencer, 55 – Tejero, 90+2.

Osasuna – Betis 1:2
Qollar: Torro, 59 – Vitor Roke, 7. Avila, 73.

Jirona – Real Sosyedad 0:1
Qol: Oyarsabal, 44.

Selta – Real 1:2
Qollar: Svedberq, 51 – Mbappe, 20. Vinisius, 66.

20 oktyabr

Malyorka – Rayo Valyekano 1:0
Qol: Muriqi, 75.

Atletiko – Leqanes 3:1
Qollar: Sörlot, 69; 90+9. Qrizmann, 81 – Neyu, 34.

Vilyarreal – Xetafe 1:1
Qollar: Komesana, 44 – Arambarri, 87-pen.

Barselona – Sevilya 5:1
Qollar: Levandovski, 24-pen; 39. Pedri, 28. Torre, 82; 99 – İdumbo, 87.

21 oktyabr

Valensiya – Las Palmas 2:3
Qollar: Pepelu, 14-pen. Tarreqa, 90+4 – A.Munyos, 43. F.Silva, 53. A.Moleyro, 84.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: