Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyun cədvəli və təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Növbəti turun görüşləri oktyabrın 26-da “Olimpik Star”da keçiriləcək.
2-ci turun oyun proqramı və təyinatları aşağıdakı kimidir:
Yüksək Liqa
2-ci tur
26 oktyabr
18:30. Neftçi İK – U-19
Hakimlər: Hikmət Qafarlı, Elgün Hüseynov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
20:00. Baku Fire – Şuşa
Hakimlər: Knyaz Əmiraslanov, Kənan Məlikov, Rza Məmmədov.
Hakim-inspektor: Azad Hüseynov.
21:30. Araz-Naxçıvan – Yasamal Bakı
Hakimlər: Əli Cəbrayılov, Vüsal Balaşov, Hacıəli Ağayev.
Hakim-inspektor: Əfqan Həmzəyev.


