“Mançester Yunayted”də Antoni yenə sıradan çıxdı

Avropa Liqasının 3-cü turunda “Fənərbaxça” ilə oyun (1:1) “Mançester Yunayted”in cinah hücumçusu Antoni üçün xoşagəlməz bitib.

Arena.az xatırladır ki, braziliyalı futbolçu oyunun 73-cü dəqiqəsində ingilis cinah hücumçusu Markus Raşfordu əvəzləyib, amma tezliklə zədələnərək meydanı tərk etməyə məcbur olub.

Zədəli futbolçunu meydandan xərəkdə təxliyə ediblər. Oyundan sonra hücumçu stadionu tərk edərkən, qoruyucu butsda gözə çarpıb.

“Qırımızı şeytanlar”ın niderlandlı baş məşqçisi Erik ten Haq Antoninin zədələnməsi ilə bağlı məlumatı təsdiqləyib:

“Onun bəxt gətirmədi. Mən ona təəssüb edirəm, axı o çox məşq edir, səylə çalışırdı. Məşqdəki nəticələri o qədər yaxşı idi ki, meydanda olmağa layiq idi. Oyunu bu qədər tez tərk etmək, həqiqətən çox kədərlidir. Ümidvaram ki, səhhəti o qədər də pis deyil, amma müayinənin nəticələrini öyrənmək üçün 24 saat gözləməli olacağıq”, – “Sky Sports” dərgisi Ten Haqdan sitat gətirir.

Antoni “San Paulo”nun yetirməsidir. Braziliyalı hücumçu 2022-ci ilin avqustunda “Ayaks”dan 95 milyon avro məbləğ müqabilində “Mançester Yunayted”ə keçib. Antoninin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Braziliyalı hücumçu cari mövsümdə “Mançester Yunayted”in heyətində 5 oyuna çıxıb, 1 qol vurub.

Antoninin İngiltərə nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 87 oyun, 12 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu “qırmızı şeytanlar”la İngiltərə Kubokunun (2024) və İngiltərə Liqa Kubokunun (2023) qalibi olub.

Antoni 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 16 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Antoni “selesao” ilə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı cinah hücumçusu Antoninin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, bir müddət əvvəl, Braziliya futbolunun əfsanəsi Rivaldo Antonini “Mançester Yunayted”dən ayrılmağa səsləmişdi. Rivaldo “qırmızı şeytanlar”ın düşərgəsində Antoninin öz isteadını tədricən itirəcəyindən qayğılıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: