“Barselona”nın alman baş məşqçisi Hansi Flik İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İspaniya La Liqasının rəsmi saytına istinadən məlumat verir.
Oktyabr ayında Flikin “blauqrana”sı “Alaves”i (3:0), “Sevilya”nı (5:1) və Madriddə “Real”ı (4:0) böyük hesabla məğlub edib.
Xatırladaq ki, alman mütəxəssis müvafiq mükafata ikinci dəfə layiq görülür. Daha əvvəl Flik avqust ayında İspaniya La Liqasının ən yaxşı məşqçisi seçilmişdi. Sentyabr ayının ən yaxşısı isə Bilbao “Atletik”inin baş məşqçisi Ernesto Valverde elan edilmişdi.
Hansi Flik cari ilin iyul ayında “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Alman mütəxəssisin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Flikin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.
Rəhbərliyi müddətində Flikin “Barselona”sı 14 oyuna 10 qələbə qazanıb və 2 oyunda məğlub olub. “Blauqrana”nın top fərqi isə 47:13 nisbətindədir.
11 turdan sonra 30 xal toplamış “Barselona” La Liqanın yarış cədvəlinə başçılıq edir.


