“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qadınlar arasında təşkil olunmuş voleybol üzrə Azərbaycan Kuboku davam edir.
Arena.az xəbər verir ki, bu gün qadınların mübarizəsində növbəti oyunlar keçirilib.
Günün ilk görüşü “Gəncə” və UNEC komandaları arasında olub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunmuş qarşılaşmada Gəncə təmsilçisi 3:0 hesabı ilə qələbə qazanıb.
Eyni məkanda baş tutan günün ikinci matçında isə “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər. Gərgin keçən oyunun taleyinə tay-breykdə aydınlıq gəlib. 5 set davam edən oyunda “Abşeron”un 3:2 hesablı qələbəsi qeydə alınıb.
Qeyd edək ki, qadınların mübarizəsində qrup mərhələsinin sonuncu – 3-cü turunun qarşılaşmaları oktyabrın 30-da keçiriləcək.
Azərbaycan kuboku
Qadınlar
28 oktyabr
A qrupu
“Gəncə” – UNEC 3:0 (25:9, 25:13, 25:15)
B qrupu
“Abşeron” – “Milli Aviasiya Akademiyası” 3:2 (19:25, 25:20, 25:17, 21:25, 15:12)


