Azərbaycan Kubokunda 2-ci tur həyəcanı davam edir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, mərhələnin ikinci oyun günündə dörd qarşılaşma baş tutacaq.

Premyer Liqa klublarından “Araz-Naxçıvan” “Şahdağ Qusar”la, “Kəpəz” “Ağdaş”la, “Səbail” də “Dinamo” ilə qarşılaşacaq. Daha bir oyun MOİK-lə “Şimal” arasında keçiriləcək.

Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin qalan görüşləri 30-31 oktyabrda keçiriləcək.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

28 oktyabr

“Turan Tovuz” – “Hypers Quba” 7:2
Qollar: Ramil Əhmədov, 13-öz qapısına. Ayxan Hüseynov, 16; 25. Aleks Souza, 38; 39. Sadiq Quliyev, 55. Nahid Əliyev, 60 – İlqar Ələkbərov, 63; 68.
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
Tovuz şəhər stadionu, 20:00.

29 oktyabr

MOİK – “Şimal”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Murad Səlimov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Şahdağ Qusar” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Rəhman Aslanov, Niyaz Əhmədov.
Bakı. “Dalğa Arena”, 16:00.

“Ağdaş” – “Kəpəz”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Əkbər Əhmədov.
Tovuz şəhər stadionu, 16:00.

“Dinamo” – “Səbail”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Fərid Hacıyev.
“Bayıl Arena”, 18:00.

30 oktyabr

“Şamaxı” – “Şəmkir”
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Tural Qurbanov.
Şamaxı şəhər stadionu, 14:00.

“Mingəçevir” – “Zaqatala”
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Samir Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.

“Qaradağ Lökbatan” – “Karvan”
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rauf Allahverdiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şəfa” – “Difai”
Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Nurlan Əhmədzadə, Rəsul Babayev.
Bakı. “ASK Arena”, 15:00.

31 oktyabr

“İmişli” – “Cəbrayıl”
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Anar Bədəlov, Emin Abdullayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qəbələ” – “Baku Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Qəbələ şəhər stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: