“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş voleybol üzrə Azərbaycan Kubokunda kişilərin mübarizəsi davam edir.
Arena.az xəbər verir ki, bu gün qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.
Günün ilk görüşü Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub. Burada “Gənclər” və “Azərreyl” komandaları üz-üzə gəliblər. Bu oyundan “Azərreyl” 3:0 hesabı ilə qalib ayrılıb.
Günün ikinci matçı “Xilasedici” və MOİK komandaları arasında olub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunmuş bu qarşılaşmada “Xilasedici” komandası 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, kişilərin mübarizəsində qrup mərhələsinin sonuncu qarşılaşmaları oktyabrın 31-də keçiriləcək.
Azərbaycan Kuboku
Kişilər
29 oktyabr
A qrupu
“Gənclər” – “Azərreyl” 0:3 (13:25, 6:25, 19:25)
B qrupu
“Xilasedici” – MOİK 3:0 (25:21, 25:9, 25:10)


