“Roma”nın baş məşqçisi İvan Yuriç İtaliya A Seriyasının 9-cu turunun “Fiorentina” ilə səfər oyununda 1:5 hesablı məğlubiyyəti şərh edib.
Arena.az “Roma”nın mətbuat xidmətinə istinadən, xorvat mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Fiorentina” ilə oyunda biz elə, hər şeyi səhv etdik. Bu günə qədər biz çox diqqətli idik və yeddi oyunda yaxşı oynamışdıq. Bu gün isə biz hər şeyi səhv etdik – həm oyunumuzda və həm də yanaşmamızda. Sanki son 40 gün ərzindəki işimizi, əməyimizi tamamilə unutmuşduq. Mən bunu gözləmirdim, çünki yaxşı oynayırdıq və etibarlı görünürdük. Amma bu gün biz hər şeyi səhv etdik.
Mənim mümkün istefam? Futbolun necə işlədiyini bilirsiniz. 40 gün ərzində çox işləmişdik, bu gün isə hamısını çöpə atdıq. Mən bunu, belə hiss edirəm. Etibarlılıq, futbol, tərəqqi edən və əla nəticələr göstərən gənclər, əvvəlki səviyyələrinə qayıdan yaşlı uşaqlar… biz bu gün bütün bunları çöpə atdıq. Bu, məni çox kədərləndirir. Amma futbolun necə işlədiyini bilirsiniz. Buna başqaları qərar verməlidirlər. Biz isə işləməliyik. Mən hələ də düşünürəm ki, həmin 40 gündə çox yaxşı işlər görmüşük. “Fiorentina” ilə oyunda isə bunu gözləmirdim”, deyə Yuriç bildirib.
9 turdan sonra 10 xal toplamış “Roma” yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb. “Fiorentina” isə 16 xalla 6-cı yerdədir. A Seriyasına 10 oyundan 25 xalla “Napoli” başçılıq edir.


