Alquasil: “Barselona” uduzmağa layiq idi”

“Real Sosyedad”ın baş məşqçisi İmanol Alquasil La Liqanın 13-cü turunun “Barselona” ilə ev oyununda qazanılmış qələbəni (1:0) şərh edib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, ispan mütəxəssisn bu barədə fikrini təqdim edir:

“Mən oyunçuların necə mübarizə apardığını çox bəyəndim. Oyunun məzmununu nəzərə alsaq, istənilən nəticə ilə fəxr edərdim, amma biz qələbə qazanmaq istəyirdik. Bu gün futbolçularımız və azarkeşlərimiz stadionu sevinclə tərk edirlər. “Barselona”nın ləğv edilmiş qolu ilə bağlı məqam? Təkrarına baxmamışam, amma rəqib uduzmağa layiq idi. Oyunun mənzərəsini nəzərə alsaq, biz daha yaxşı idik. Bu, tamamilə layiqli və ədalətli qələbədir”, deyə Alquasil əminliklə vurğulayıb.

Xatırladaq ki, “blauqrana”nın polyak mərkəz hücumçusu Robert Levandovskinin 13-cü dəqiqədə vurduğu qol, çox mübahisəli oyundakənar vəziyyət səbəbilə VAR müdaxiləsi nəticəsində hesaba alınmayıb.

13 turdan sonra 18 xal toplamış “Real Sosyedad” La Liqanın yarış cədvəlində 9-cu pillədə qərarlaşıb. “Barselona” isə məğlubiyyətinə rəğmən, 33 xalla La Liqaya başçılıq erməkdə davam edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: