“Sabah” klubu 2020-ci il üçün maliyyə hesabatını açıqlayıb.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisinin rəsmi saytı vasitəsilə açıqladığı hesabatda gəlirlərin 6 271 066 manat, xərclərin isə 6 860 642 manat təşkil etdiyi vurğulanıb.
2019-cu ildə gəlirlər 6 234 500 manat, xərclər isə 5 836 530 manat təşkil edib. Başqa sözlə, cəmi 36 566 manat gəlir əldə olunduğu halda, klub 1 024 112 manat xərcə düşüb.
Xərclərdə ən böyük artım əmək haqlarında baş verib. 2019-cu ildə klub oyunçuların və digər əməkdaşların əmək haqqı və mükafatlandırılmasına 3 235 151 manat, 2020-ci ildə 4 273 288 manat, başqa sözlə, 1 038 137 manat sərf edib. Azalma isə sair əməliyyat xərclərində, xüsusən, reklam və marketinq xərcləri ilə daşınmaz əmlak və idman obyektlərinə çəkilən xərclərdə baş verib.
Qeyd edək ki, “Sabah” maliyyə hesabatını açıqlayan ilk klubdur.



