Əvəzedicilər: “Qarabağ”dan “Səbail”ə 4 cavabsız qol

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 14-cü turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Neftçi” ilə “Zirə”nin əvəzediciləri arasındakı qarşılaşmada qapılara qol vurulmayıb. Səfərdə “Səbail-2” ilə qarşılaşan “Qarabağ”ın əvəzedici komandası isə 4 cavabsız qola sevinib.

14-cü turun qalan görüşləri noyabrın 25-də keçiriləcək.

Əvəzedicilər Liqası
14-cü tur
23 noyabr

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” 2:0
Qollar: Elxan Məmmədov, 82. Cavad Kərimov, 90+1.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

24 noyabr

“Səbail-2” – “Qarabağ-2” 0:4
Qollar: Nihat Mehralıyev, 33. Davud Mənsumov, 61. Zaman Zamanlı, 68. Elton Mikayılov, 75.
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Bayıl Arena”, 15:00

“Neftçi-2” – “Zirə-2” 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Niyaz Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00

25 noyabr

“Turan Tovuz-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Elmin Süleymanov, Mirnihat Seyidov, Şamil İmanzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 15:00.

“Sumqayıt-2” – “Şamaxı-2”
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Nurlan Əhmədzadə, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: