A Seriyası: 2023/2024 mövsümünün püşkü atıldı

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, A Seriyasında yeni mövsümə avqustun 20-də start veriləcək.

Son çempion “Napoli” yeni mövsümün ilk turunda səfərdə “Frozinone” ilə qarşılaşacaq.

“Milan” səfərdə “Bolonya”nın, “Yuventus” “Udineze”nin qonağı olacaq. “İnter” doğma meydanda “Montsa”nı, “Roma” “Salernitana”nı sınağa çəkəcək.

Xatırladaq ki, İtaliya A Seriyasında 2023/2024 mövsümünə gələn il mayın 26-da yekun vurulacaq.

İtaliya, A Seriyası
1-ci tur

Bolonya – Milan
Empoli – Verona
Frozinone – Napoli
Cenoa – Fiorentina
İnter – Montsa
Leççe – Latsio
Roma – Salernitana
Sassuolo – Atalanta
Torino – Kalyari
Udineze – Yuventus

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: