Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün sonuncu – 38-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun və mövsümün sonuncu oyun günündə altı qarşılaşma baş tutub.
Bütün görüşlərdə qonaqlar qələbə qazanıblar. “Atalanta” evdə “Parma”ya, “Udineze” “Fiorentina”ya, “Venesiya” isə “Yuventus”a oxşar hesabla (2:3) uduzublar.
“Empoli” – “Verona”, “Latsio” – “Leççe” və “Torino” – “Roma” matçlarında da qonaqlar qələbəyə seviniblər.
Beləliklə, A Seriyasında 82 xal toplamış “Napoli” mövsümü zirvədə tamamlayıb. “İnter” 81 xalla ikinci, “Atalanta” isə 74 xalla üçüncü olub. “Yuventus” da 74 xalla dördüncü yeri tutaraq ilk üçlükdəki komandalarla birgə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. 69 xalla 5-ci olmuş “Roma”, eləcə də 62 xalla 9-cu yeri tutan, amma İtaliya Kubokunu qazanmış “Bolonya” Avropa Liqasında iştirak hüququ əldə ediblər. “Fiorentina” isə 65 xal toplamaqla 6-cı yeri tutub və Konfrans Liqasına vəsiqə qazanıb.
31 xala malik “Empoli”, 29 xal toplamış “Venesiya” və 18 xallı “Montsa” isə elitanı tərk ediblər.
İtaliya, A Seriyası
38-ci tur
23 may
Komo – İnter 0:2
Qollar: De Vrey, 20. Korrea, 51.
Napoli – Kalyari 2:0
Qollar: Maktominey, 42. Lukaku, 51.
24 may
Bolonya – Cenoa 1:3
Qollar: Orsolini, 64 – Vitinya, 17. Venturino, 26; 43.
Milan – Montsa 2:0
Qollar: Qabbya, 64. Joao Feliks, 74.
25 may
Atalanta – Parma 2:3
Qollar: Maldini, 32; 33 – Haynaut, 49. Ondreyka, 71; 90+2.
Empoli – Verona 1:2
Qollar: Fassini, 43 – S.Serdar, 4. Bradariç, 69.
Latsio – Leççe 0:1
Qol: Kulibali, 43.
Torino – Roma 0:2
Qollar: Paredes, 18-pen. Salemakers, 53.
Udineze – Fiorentina 2:3
Qollar: Lukka, 26. Kabasele, 61 – Facoli, 46. Komusso, 57. M.Kin, 82.
Venesiya – Yuventus 2:3
Qollar: Fila, 2. Haps, 55 – K.Yıldız, 25. Kolo Muani, 31. Lokatelli, 73-pen.



