Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünə start verilib. Arena.az xəbər verir ki, mövsümün və 1-ci turun ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Son çempion “Napoli” startda “Frozinone”nin qonağı olub və inamlı qələbəyə sevinib. “İnter” də “Montsa” ilə ev oyununda 2 cavabsız qolla üstün olub. “Cenoa” evdə “Fiorentina”ya, “Empoli” isə “Verona”ya uduzub.
İtaliya A Seriyası
1-ci tur
19 avqust
Cenoa – Fiorentina 1:4
Qollar: Biraski, 58 – Biraqi, 5. Bonaventura, 11. N.Qonsales, 40. Mandraqora, 56.
İnter – Montsa 2:0
Qollar: L.Martines, 8; 76.
Empoli – Verona 0:1
Qol: Bonatsoli, 75.
Frozinone – Napoli 1:3
Qollar: Harrui, 7-pen – Politano, 24. Osimhen, 42; 79.
20 avqust
20:30. Roma – Salernitana
20:30. Sassuolo – Atalanta
22:45. Leççe – Latsio
22:45. Udineze – Yuventus
21 avqust
20:30. Torino – Kalyari
22:45. Bolonya – Milan


