A Seriyası: “Fiorentina” səfərdə, “Latsio” evdə qalib gəldi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 24-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutub.

Səfərdə “Verona” ilə qarşılaşan “Fiorentina” rəqibini 3 cavabsız qolla məğlub edib. “Latsio” isə doğma meydanda “Sampdoriya” üzərində qələbəyə sevinib.

Turun qalan qarşılaşmaları sabah baş tutacaq.

İtaliya A Seriyası
24-cü tur
25 fevral

Empoli – Napoli 0:2
Qol: İsmaili, 17-öz qapısına. Osimhen, 28.

Leççe – Sassuolo 0:1
Qol: Torstvedt, 65.

26 fevral

Bolonya – İnter 1:0
Qol: Orsolini, 76.

Salernitana – Montsa 3:0
Qol: Kulibali, 52. Kastanos, 65. Kandreva, 71.

Udineze – Spetsiya 2:2
Qol: Beto, 22. R.Pereyra, 55 – Nzola, 6; 72.

Milan – Atalanta 2:0
Qol: Musso, 25-öz qapısına. Messias, 86.

27 fevral

Verona – Fiorentina 0:3
Qol: Barak, 12. Kabral, 38. Biraqi, 89.

Latsio – Sampdoriya 1:0
Qol: Luis Alberto, 80.

28 fevral

21:30. Kremoneze – Roma
23:45. Yuventus – Torino

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: