Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 36-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Fiorentina” səfərdə “Venesiya” ilə qarşılaşıb. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Florensiya təmsilçisi bu oyunda məğlubiyyətə üzülüb.
Turun qapanış matçında isə “Roma” “Atalanta”nın qonağı olub. UEFA Çempionlar Liqasına vəsiqə qazanmağa çalışan paytaxt klubu da səfərdən xalsız qayıdıb.
Beləliklə, A Seriyasında geridə qalmış 36 turdan sonra 78 xalı olan “Napoli” vahid liderdir. “İnter” 77 xalla ikinci, “Atalanta” 71 xalla üçüncü pillədə qərarlaşıb. “Yuventus”la “Latsio”nun 64, “Roma”nın 63, “Bolonya”nın 62, “Milan”ın 60, “Fiorentina”nın 59 xalı var.
İtaliya, A Seriyası
36-cı tur
9 may
Milan – Bolonya 3:1
Qollar: S.Ximenes, 73; 90+2. Pulişiç, 79 – Orsolini, 49.
10 may
Komo – Kalyari 3:1
Qollar: Kakre, 40. Strefessa, 45+2. Kutrone, 77 – Adopo, 22.
Latsio – Yuventus 1:1
Qollar: Vesino, 90+6 – Kolo Muani, 51.
Empoli – Parma 2:1
Qollar: Fassini, 11. Anyorin, 86 – Dyuriç, 73.
11 may
Udineze – Montsa 1:2
Qollar: Lukka, 75 – Kaprari, 52. Balde, 90.
Verona – Leççe 1:1
Qollar: Koppola, 41 – Krstoviç, 23.
Torino – İnter 0:2
Qollar: Zalevski, 14. Asllani, 49-pen.
Napoli – Cenoa 2:2
Qollar: Lukaku, 15. Raspadori, 64 – Meret, 32-öz qapısına. X.Vaskes, 84.
12 may
Venesiya – Fiorentina 2:1
Qollar: Kande, 60. Oristanio, 68 – Mandraqora, 77.
Atalanta – Roma 2:1
Qollar: Lukman, 9. Sulemana, 76 – Kristante, 32.


