A Seriyası: “Fiorentina” və “Roma” uduzdu, “Milan”…

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

“Milan” – “Cenoa” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Leççe” – “Montsa” matçında meydan sahibləri qələbə qazanıblar. Beş qolluq “Parma” – “Verona” görüşü qonaqların qələbəsiylə yekunlaşıb.

“Roma” səfərdə “Komo”ya, “Fiorentina” isə “Bolonya”ya məğlub olub.

16-cı tura dekabrın 16-da keçiriləcək “Latsio” – “İnter” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
16-cı tur
13 dekabr

Empoli – Torino 0:1
Qol: Çe Adams, 70.

14 dekabr

Kalyari – Atalanta 0:1
Qol: Zaniolo, 66.

Udineze – Napoli 1:3
Qollar: Toven, 22 – Lukaku, 50. Cannetti, 76-öz qapısına. Anqissa, 81.

Yuventus – Venesiya 2:2
Qollar: Qatti, 19. Vlahoviç, 90+5-pen – Ellertsson, 61. İdzes, 83.

15 dekabr

Leççe – Montsa 2:1
Qollar: Morente, 3. Krstoviç, 44 – Dorqu, 37-öz qapısına.

Bolonya – Fiorentina 1:0
Qol: Odqard, 59.

Parma – Verona 2:3
Qollar: Som, 19; 90 – Koppola, 5. Sarr, 57. Moskera, 75.

Komo – Roma 2:0
Qollar: Qabrielloni, 90+3. Pas, 90+7.

Milan – Cenoa 0:0

16 dekabr

23:45. Latsio – İnter

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: