A Seriyası: “Fiorentina”ya “Leççe” ilə matçda 1 qol bəs etdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 27-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Fiorentina” doğma meydanda “Leççe” ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Son turlarda ardıcıl məğlubiyyətlər yaşamış Florensiya təmsilçisi nəhayət ki, bu oyunda 3 xala sevinib.

27-ci turun qalan görüşləri martın 1-də, 2-də və 3-də keçiriləcək.

İtaliya, A Seriyası
27-ci tur
28 fevral

Fiorentina – Leççe 1:0
Qol: Qosens, 9.

1 mart

18:00. Atalanta – Venesiya
21:00. Napoli – İnter
23:45. Udineze – Parma

2 mart

15:30. Montsa – Torino
18:00. Bolonya – Kalyari
18:00. Cenoa – Empoli
18:00. Roma – Kmo
23:45. Milan – Latsio

3 mart

23:45. Yuventus – Verona

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: