Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 4-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Salernitana” – “Udineze” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Səfərdə “Kalyari” ilə qarşılaşan “İnter” isə turu inamlı qələbə ilə başa vurub.
Beləliklə, 2 turdan sonra maksimum nəticə ilə irəliləyən “Milan”, “Napoli”, “İnter” və “Verona” zirvəyə şərikdirlər. “Fiorentina”, “Yuventus” və “Leççe”nin 4 xalı var. “Atalanta”, “Montsa”, “Frozinone” və “Cenoa” 3 xal toplayanlar sırasındadır. “Salernitana” 2 xal qazanıbsa, “Roma”, “Bolonya”, “Kalyari”, “Udineze” və “Torino” hələlik cəmi 1 xal əldə edib. “Latsio”, “Empoli” və “Sassuolo” da hələ xala həsrətdir.
İtaliya A Seriyası
2-ci tur
26 avqust
Frozinone – Atalanta 2:1
Qollar: Harrui, 5. Monterisi, 24 – Sapata, 56.
Montsa – Empoli 2:0
Qollar: Kolpani, 45; 53.
Milan – Torino 4:1
Qollar: Pulişiç, 33. Jiru, 43; 65. T.Ernandes, 45+2 – Sxurs, 36.
Verona – Roma 2:1
Qollar: Duda, 4. Nqonqe, 45+3 – Auar, 56.
27 avqust
Fiorentina – Leççe 2:2
Qollar: N.Qonsales, 3. Dunkan, 25 – Rafia, 49. Krstoviç, 76.
Yuventus – Bolonya 1:1
Qollar: Vlahoviç, 80 – Ferquson, 24.
Latsio – Cenoa 0:1
Qol: Reteqi, 16.
Napoli – Sassuolo 2:0
Qollar: Osimhen, 16-pen. Di Lorentso, 64.
28 avqust
Salernitana – Udineze 1:1
Qollar: Dia, 72 – Samardziç, 57.
Kalyari – İnter 0:2
Qollar: Dumfris, 21. L.Martines, 30.


