Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 32-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha altı qarşılaşma baş tutub.
“İnter” doğma meydanda “Latsio” ilə qarşılaşıb. Hesabı qonaqların açdığı oyunda Milan təmsilçisi əzmkar qələbəyə sevinib.
Səfərdə “Bolonya”nın qonağı olan “Yuventus” xal itkisi ilə üzləşib. Lider “Napoli” də “Salernitana” ilə oyunda qələbəni əldən verib. Halbuki, Neapol təmsilçisi bu oyunda qalib gələcəyi halda vaxtından öncə çempionluğu təmin etmiş olacaqdı.
“Kremoneze” – “Verona” matçında da heç-heçə qeydə alınıb. “Sassuolo” evdə “Empoli”yə, “Fiorentina” isə “Sampdoriya”ya qalib gəlib.
Beləliklə, 32 turdan sonra 79 xala malik “Napoli” vahid liderdir. “Latsio” 61 xalla ikinci, “Yuventus” 60 xalla üçüncü pillədə qərarlaşıb. “İnter”, “Milan” və “Roma”nın isə 57 xalı var. “Atalanta” 55, “Bolonya” və “Fiorentina” 45, “Montsa” 44, “Sassuolo” 43, “Torino” və “Udineze” 42, “Salernitana” 34, “Empoli” 32, “Leççe” 31 xal toplayıb. Son pillələrdə qərarlaşmış “Spetsiya” və “Verona”nın 27, “Kremoneze”nin 20, “Sampdoriya”nın isə 17 xalı var.
İtaliya A Seriyası
32-ci tur
28 aprel
Leççe – Udineze 1:0
Qol: Strefezza, 62-pen.
Spetsiya – Montsa 0:2
Qol: Çiurria 21. K.Auqusto, 90+3.
29 aprel
Roma – Milan 1:1
Qol: Abraham, 90+4 – Salemakers, 90+7.
Torino – Atalanta 1:2
Qol: Sanabria, 75 – Zappakosta, 34. Sapata, 88.
30 aprel
İnter – Latsio 3:1
Qol: L.Martines, 78; 90. Qosens, 83 – F.Anderson, 30.
Kremoneze – Verona 1:1
Qol: Okereke, 9 – S.Verdi, 75.
Napoli – Salernitana 1:1
Qol: M.Oliveyra, 62 – B.Dia, 84.
Sassuolo – Empoli 2:1
Qol: Berardi, 82; 90+7 – Kambyaqi, 11.
Fiorentina – Sampdoriya 5:0
Qol: Kastrovilli, 45+2. Dodo, 62. Dunkan, 66. Kuame, 76. Terziç, 88.
Bolonya – Yuventus 1:1
Qol: Orsolini, 10-pen – Milik, 61.


