Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 37-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə doqquz qarşılaşma baş tutub.
“Kalyari” “Venesiya”nı, “Fiorentina” “Bolonya”nı, “Leççe” “Torino”nu məğlub yola salıbsa, “Montsa” evdə “Empoli”yə məğlub olub.
UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Yuventus” bu turda “Udineze”yə, “Roma” isə “Milan”a qalib gəlib.
Çempionluq üçün yarışan “İnter”lə “Napoli” isə bu turu xal itkisi ilə başa vurublar. “İnter” evdə “Latsio”nun, lider “Napoli” də səfərdə “Parma”nın müqavimətini qıra bilməyib. Elə “Verona” – “Komo” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, A Seriyasında mövsümün sonuna bir tur qalmış “Napoli” 79 xalla vahid liderdir. “İnter” 78 xalla ikinci, “Atalanta” 74 xalla üçüncü pillədə qərarlaşıb. “Yuventus”un 67, “Roma”nın 66, “Latsio”nun 65, “Fiorentina” və “Bolonya”nın 62, “Milan”ın 60 xalı var.
İtaliya, A Seriyası
37-ci tur
17 may
Cenoa – Atalanta 2:3
Qollar: Pinamonti, 37; 58 – Sulemana, 47. Maldini, 63. Reteqi, 89.
18 may
Roma – Milan 3:1
Qollar: Mançini, 3. L.Paredes, 58. Kristante, 87 – J.Feliks, 39.
Kalyari – Venesiya 3:0
Qollar: Mina, 11. Pikkoli, 41. Deyola, 71.
Fiorentina – Bolonya 3:2
Qollar: Parisi, 13. Riçardson, 67. M.Kin, 84 – Dallinqa, 61. Orsolini, 79.
İnter – Latsio 2:2
Qollar: Bissek, 45+2. Dumfris, 80 – Pedro, 72; 90-pen.
Yuventus – Udineze 2:0
Qollar: N.Qonsales, 61. Vlahoviç, 88.
Leççe – Torino 1:0
Qol: Ramadani, 46.
Montsa – Empoli 1:3
Qollar: Birindelli, 30 – Kolombo, 49. Viti, 51. Pissinyakko, 59-öz qapısına.
Parma – Napoli 0:0
Verona – Komo 1:1
Qollar: Lazoviç, 70 – Kakre, 29.


