A Seriyası: Milan derbisində “İnter” sevindi, lider yenə qalib gəldi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 21-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Səfərdə “Spetsiya” ilə qarşılaşan “Napoli” bu oyunda 3 cavabsız qola sevinib. Üç qolun qeydə alındığı “Fiorentina” – “Bolonya” matçında da qonaqlar qələbə qazanıblar. “Torino” “Udineze”ni doğma meydanda tək qolla məğlub edib. “İnter” də Milan derbisində şəhərin eyniadlı təmsilçisini oxşar hesabla yenib. “Milan” artıq beş oyundur qələbə qazana bilmir. Son üç matçında məğlub olan bu komanda ondan əvvəlki iki görüşdə də heç-heçə ilə kifayətlənmişdi.

Turun qalan üç oyunu fevralın 6-da keçiriləcək.

İtaliya A Seriyası
21ci tur
4 fevral

Kremoneze – Leççe 0:2
Qol: Başirotto, 58. Strefetsa, 69.

Roma – Empoli 2:0
Qol: R.İbanes, 2. T.Abraham, 6.

Sassuolo – Atalanta 1:0
Qol: Loryente, 55.

5 fevral

Spetsiya – Napoli 0:3
Qol: Kvaratsxeliya, 47-pen. Osimhen, 68; 73.

Torino – Udineze 1:0
Qol: Karamo, 49.

Fiorentina – Bolonya 1:2
Qol: Saponara, 19 – Orsolini, 14-pen. Poş, 47.

İnter – Milan 1:0
Qol: L.Martines, 34.

6 fevral

21:30. Verona – Latsio
23:45. Montsa – Sampdoriya
23:45. Salernitana – Yuventus

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: