Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 34-cü turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Milan” doğma meydanda “Latsio”nu 2 cavabsız məğlub edib. Milan şəhərinin digər təmsilçisi “İnter” isə səfərdə digər paytaxt klubu “Roma”nı oxşar hesabla üstələyib. Günün son oyununda da “Kremoneze” “Spetsiya”nı 2 cavabsız qolla yenib.
34-cü turun qalan görüşləri 7 və 8 mayda keçiriləcək.
İtaliya A Seriyası
34-cü tur
6 may
Milan – Latsio 2:0
Qol: Bennaser, 17. T.Hernandes, 29.
Roma – İnter 0:2
Qol: Dimarko, 33. Lukaku, 74.
Kremoneze – Spetsiya 2:0
Qol: Çiofani, 41. Vaskes, 77.
7 may
14:30. Atalanta – Yuventus
17:00. Torino – Montsa
20:00. Napoli – Fiorentina
22:45. Leççe – Verona
8 may
20:30. Empoli – Salernitana
20:30. Udineze – Sampdoriya
22:45. Sassuolo – Bolonya


