Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 19-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.
“Latsio” doğma meydanda “Milan”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə bir qədər gözlənilməz darmadağın qeydə alınıb. Belə ki, ötən mövsüm A Seriyasının qalibi olmuş milanlılar səfərdə dörd cavabsız qola üzülüblər.
Beləliklə, 19 turdan sonra 50 xala malik “Napoli” vahid liderdir. “Milan” 38 xalla ikincidirsə, “Latsio”, “İnter” və “Roma”nın 37 xalı var. “Atalanta”, 35, “Udineze” 28, “Torino” 26, “Empoli” 25 xal toplayıb. Məlum səbəblərdən 15 xalı silinən “Yuventus” isə 23 xalla 10-cudur. “Fiorentina” ilə “Bolonya”nın da hesabında məhz 23 xal var.
İtaliya A Seriyası
19–cu tur
21 yanvar
Verona – Leççe 2:0
Qol: Depaoli, 40. Lazoviç, 54.
Salernitana – Napoli 0:2
Qol: Di Lorenso, 45+3. Osimhen, 48.
Fiorentina – Torino 0:1
Qol: Mirançuk, 33.
22 yanvar
Sampdoriya – Udineze 0:1
Qol: Ehizibue, 88.
Montsa – Sassuolo 1:1
Qol: Kaprari, 60 – Ferrari, 13.
Spetsiya – Roma 0:2
Qol: El-Şaravi, 45. Abraham, 49.
Yuventus – Atalanta 3:3
Qol: Di Mariya, 25-pen. Milik, 34. Danilo, 65 – Lukman, 4; 53. Mehle, 46.
23 yanvar
Bolonya – Kremoneze 1:1
Qol: Kirikeş, 55-öz qapısına – Okereke, 50.
İnter – Empoli 0:1
Qol: Baldanzi, 66.
24 yanvar
Latsio – Milan 4:0
Qol: Milinkoviç-Saviç, 4. Zakkayni, 38. L.Alberto, 67-pen. F.Anderson, 75.


