Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Venesiya” – “Latsio” matçında qapılara qol vurulmayıb. “Parma” doğma meydanda “Bolonya”ya, “Torino” isə “Milan”a qalib gəlib. “İnter” də “Cenoa” ilə ev oyunundan qalib ayrılıb.
26-cı turun qalan görüşləri fevralın 23-də və 24-də keçiriləcək.
İtaliya, A Seriyası
26-cı tur
21 fevral
Leççe – Udineze 0:1
Qol: Lukka, 32-pen.
22 fevral
Parma – Bolonya 2:0
Qollar: Bonni, 37-pen.
Venesiya – Latsio 0:0
Torino – Milan 2:1
Qollar: Tiav, 5-öz qapısına. Ginetis, 76 – Reynders, 74.
İnter – Cenoa 1:0
Qol: L.Martines, 78.
23 fevral
15:30. Komo – Napoli
18:00. Verona – Fiorentina
21:00. Empoli – Atalanta
23:45. Kalyari – Yuventus
24 fevral
23:45. Roma – Montsa


