Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 23-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda lider “Napoli” səfərdə “Sassuolo” ilə münasibətlərinə aydınlıq gətirib. Neapol təmsilçisi bu oyundan da inamlı qələbə ilə ayrılaraq zirvədəki mövqeyini daha da möhkəmləndirib.
Turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.
İtaliya A Seriyası
23-cü tur
17 fevral
Sassuolo – Napoli 0:2
Qol: Kvaratsxeliya, 12. Osimhen, 33.
18 fevral
18:00. Sampdoriya – Bolonya
21:00. Montsa – Milan
23:45. İnter – Udineze
19 fevral
15:30. Atalanta – Leççe
18:00. Fiorentina – Empoli
18:00. Salernitana – Latsio
21:00. Spetsiya – Yuventus
23:45. Roma – Verona
20 fevral
23:45. Torino – Kremoneze