A Seriyası: “Napoli” “İnter”i məğlub yola saldı

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 36-cı turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Leççe” – “Spetsiya” matçında qapılara qol vurulmayıb. “Torino” – “Fiorentina” matçında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Çempionluğunu rəsmiləşdirmiş “Napoli” bu turda “İnter”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Udineze” isə doğma meydanda “Latsio”ya uduzub.

36-cı turun qalan görüşləri 22 mayda baş tutacaq.

İtaliya A Seriyası
36-cı tur
19 may

Sassuolo – Montsa 1:2
Qol: Berardi, 45+6-pen – Çiurriya, 60. Pessina, 90+3.

20 may

Kremoneze – Bolonya 1:5
Qol: Çiofani, 90+1 – Arnautoviç, 14. Ferquson, 27. Poş, 45+1. Orsolini, 45+1. Sansone, 80.

Atalanta – Verona 3:1
Qol: Zappakosta, 22. Paşaliç, 62. Hoylund, 62 – Lazoviç, 11.

Milan – Sampdoriya 5:1
Qol: Leao, 9. Jiru, 23; 29-pen; 68. B.Dias, 63 – Kvalyarella, 20.

21 may

Leççe – Spetsiya 0:0

Torino – Fiorentina 1:1
Qol: Sanabriya, 66 – Yoviç, 48.

Napoli – İnter 3:1
Qol: Anqissa, 67. Di Lorenso, 85. Qaetano, 90+4 – Lukaku, 82.

Udineze – Latsio 0:1
Qol: İmmobile, 61-pen.

22 may

20:30. Roma – Salernitana
22:45. Empoli – Yuventus

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: