A Seriyası: “Napoli” “Latsio”ya evdə də uduzdu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 15-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Venesiya” – “Komo” matçında qalib müəyyənləşməyib. “Fiorentina” doğma meydanda “Kalyari”yə tək qolla qalib gəlib. “Verona” isə doğma meydanda “Empoli”yə böyük hesabla uduzub.

Mövsümə uğurlu başlamış “Napoli” bu turda “Latsio”nu qəbul edib. Neapol təmsilçisi paytaxt klubu ilə ev oyunundan məğlubiyyətlə ayrılıb. Maraqlıdır ki, Antonio Kontenin komandası bir neçə gün öncə Romada baş tutan İtaliya Kubokunun 1/8 final mərhələsinin oyununda da “Latsio”ya 1:3 hesabıyla məğlub olmuş və mübarizəni dayandırmaq məcburiyyətində qalmışdı.

Qeyd edək ki, 15-ci tura dekabrın 9-da keçiriləcək “Montsa” – “Udineze” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
15-ci tur
6 dekabr

İnter – Parma 3:1
Qollar: Dimarko, 40. Barella, 53. Türam, 66 – Darmian, 81-öz qapısına.

Atalanta – Milan 2:1
Qollar: De Ketelare, 12. Lukman, 87 – Morata, 22.

7 dekabr

Cenoa – Torino 0:0

Yuventus – Bolonya 2:2
Qollar: Kopmeyners, 62. Mbanqula, 90+2 – Ndoye, 30. Pobeqa, 52.

Roma – Leççe 4:1
Qollar: Salemakers, 13. Mançini, 59. Pisilli, 66. Kone, 86 – Krstoviç, 40-pen.

8 dekabr

Fiorentina – Kalyari 1:0
Qol: Kataldi, 24.

Verona – Empoli 1:4
Qollar: Tengstedt, 35 – Espozito, 16; 19. Kakaçe, 32. Kolombo, 42.

Venesiya – Komo 2:2
Qollar: Pohyanpalo, 16. Oristanio, 69 – Kandela, 49-öz qapısına. Belotti, 56.

Napoli – Latsio 0:1
Qol: İsaksen, 79.

9 dekabr

23:45. Montsa – Udineze

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: