Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 33-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Empoli” – “Bolonya” matçında meydan sahibləri qalib gəlib. Lider “Napoli” isə səfərdə “Udineze” ilə qarşılaşıb. Qarşılaşma heç-heçə bitib. Amma bu, Neapol təmsilçisinin sona 5 tur qalmış çempionluğu təmin etməsi üçün yetərli olub. Belə ki, hazırda “Napoli” 80 xalla vahid liderdir. Bu komandanın ən yaxın izləyicisi isə 64 xalı olan “Latsio”dur. Beləliklə, neapollular qalan görüşlərdə uduzsalar belə, paytaxt təmsilçisi üçün əlçatmaz olaraq qalacaq.
Xatırladaq ki, 33 illik fasilədən sonra çempionluq sevinci yaşayan “Napoli” daha öncə 1986/87 və 1989/90 mövsümlərində də qızıl medal qazanmışdı.
Qeyd edək ki, hazırda “Yuventus” 63 xalla üçüncü, “İnter” 60 xalla dördüncüdürsə, “Atalanta”, “Milan” və “Roma”nın 58 xalı var. “Fiorentina” 46, “Bolonya”, “Montsa” və “Torino” 45, “Udineze” ilə “Sassuolo” 43 xal toplayıb.
İtaliya A Seriyası
33-cü tur
3 may
Atalanta – Spetsiya 3:2
Qol: De Roon, 32. Zappakosta, 48. Muriel, 54 – Qyasi, 18. Burabiya, 64.
Yuventus – Leççe 2:1
Qol: Paredes, 15. Vlahoviç, 40 – Sisey, 37.
Salernitana – Fiorentina 3:3
Qol: B.Dia, 10; 59; 81-pen – N.Qonsales, 36. İkone, 71. Biraqi, 84.
Sampdoriya – Torino 0:2
Qol: Bonjorno, 31. Pelleqri, 90+4.
Milan – Kremoneze 1:1
Qol: Messias, 90+3 – Okereke, 77.
Latsio – Sassuolo 2:0
Qol: F.Anderson, 14. Başiç, 90+2.
Montsa – Roma 1:1
Qol: Kaldirola, 39 – El Şaaravi, 24.
Verona – İnter 0:6
Qol: Qaiç, 31-öz qapısına. H.Çalhanoğlu, 36. Dzeko, 37; 61. L.Martines, 55; 90+2.
4 may
Empoli – Bolonya 3:1
Qol: Lukumi, 1-öz qapısına. Akpro, 45+1. Kambyaqi, 68 – Orsolini, 88-pen.
Udineze – Napoli 1:1
Qol: Lovriç, 13 – Osimhen, 52.