Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 35-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha beş qarşılaşma baş tutub.
Səfərdə “Bolonya” ilə qarşılaşan “Roma” turu 1 xalla başa vurub. “Verona”nın qonağı olan “Torino” isə tək qolla növbəti 3 xalı hesabına yazdırıb.
“Fiorentina” “Udineze”ni məğlub yola salıb. Çempionluğu təmin etmiş “Napoli” “Montsa” ilə səfər oyunundan xalsız ayrılıb. “Yuventus” isə “Kremoneze” üzərində inamlı qələbəyə sevinib.
Bu nəticələrdən sonra 83 xala malik “Napoli” vahid liderdir. “Yuventus” 69 xalla ikinci, “İnter” 66 xalla üçüncü pillədə qərarlaşıb. “Latsio”nun 65, “Milan”ın 61, “Roma”nın 59, “Atalanta”nın 58, “Torino”, “Montsa” və “Fiorentina”nın 49, “Bolonya”nın 47 xalı var.
35-ci tura sabah keçiriləcək “Sampdoriya” – “Empoli” oyunu ilə yekun vurulacaq.
İtaliya A Seriyası
35-ci tur
12 may
Latsio – Leççe 2:2
Qol: İmmobile, 34. Milinkoviç-Saviç, 90+4 – Uden, 45+2; 51.
13 may
Salernitana – Atalanta 1:0
Qol: Kandreva, 90+3.
Spetsiya – Milan 2:0
Qol: Vişnevski, 75. Espozito, 85.
İnter – Sassuolo 4:2
Qol: Lukaku, 41; 89. Tressoldi, 55-öz qapısına. L.Martines, 58 – M.Henrike, 63. Frattezi, 77.
14 may
Verona – Torino 0:1
Qol: Vlaşiç, 29.
Fiorentina – Udineze 2:0
Qol: Kastrovilli, 7. Bonaventura, 90.
Montsa – Napoli 2:0
Qol: Mota, 18. Petanya, 54.
Bolonya – Roma 0:0
Yuventus – Kremoneze 2:0
Qol: Facoli, 55. Bremer, 79.
15 may
22:45. Sampdoriya – Empoli