A Seriyası: “Napoli” və “Verona” 3 xalı 2 qolla qazandılar

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 19-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Salernitana” ilə qarşılaşan lider “Napoli” bu turu inamlı qələbə ilə başa vurub. “Verona” da doğma meydanda “Leççe”ni 2 cavabsız qolla üstələyib. “Fiorentina” isə “Torino” ilə ev oyunundan minimal hesabla məğlub ayrılıb.

Turun qalan qarşılaşmaları 22, 23 və 24 yanvarda keçiriləcək.

İtaliya A Seriyası
19-cu tur
21 yanvar

Verona – Leççe 2:0
Qol: Depaoli, 40. Lazoviç, 54.

Salernitana – Napoli 0:2
Qol: Di Lorenso, 45+3. Osimhen, 48.

Fiorentina – Torino 0:1
Qol: Mirançuk, 33.

22 yanvar

15:30. Sampdoriya – Udineze
18:00. Montsa – Sassuolo
21:00. Spetsiya – Roma
23:45. Yuventus – Atalanta

23 yanvar

21:30. Bolonya – Kremoneze
23:45. İnter – Empoli

24 yanvar

23:45. Latsio – Milan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: