A Seriyası: “Roma” “Atalanta”ya səfərdə uduzdu

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 31-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Atalanta” “Roma”nı qəbul edib. Paytaxt təmsilçisi səfər oyunundan məğlubiyyətlə ayrılıb. Berqamolular dörd qolluq bu oyunda inamlı qələbə ilə 3 xal əldə ediblər.

Beləliklə, 31 turdan sonra 78 xala malik “Napoli” vahid liderdir. “Latsio” 61 xalla ikinci, “Yuventus” isə 59 xalla üçüncü pillədə qərarlaşıb. “Milan”la “Roma”nın 56, “İnter”in 54, “Atalanta”nın 52, “Bolonya”nın 44, “Udineze”, “Fiorentina” və “Torino”nun 42, “Montsa”nın 41, “Sassuolo”nun 40 xalı var. “Salernitana” 33, “Empoli” 32, “Leççe” 28, “Spetsiya” 27, “Verona” 26, “Kremoneze” 19, sonuncu olan “Sampdoriya” da 17 xal toplayıb.

İtaliya A Seriyası
31-ci tur
21 aprel

Verona – Bolonya 2:1
Qol: Verdi, 45+6-pen; 62 – N.Dominqes, 90+4.

22 aprel

Salernitana – Sassuolo 3:0
Qol: Pirola, 9. Dia, 20. Kulibali, 65.

Latsio – Torino 0:1
Qol: İliç, 43.

Sampdoriya – Spetsiya 1:1
Qol: Amione, 23 – Verde, 59.

23 aprel

Empoli – İnter 0:3
Qol: Lukaku, 48; 76. L.Martines, 88.

Montsa – Fiorentina 3:2
Qol: Biraqi, 26-öz qapısına. Mota, 43. Pessina, 59-pen – Kuame, 8. Saponara, 13.

Udineze – Kremoneze 3:0
Qol: Samardziç, 2. N.Peres, 27. Sakses, 36.

Milan – Leççe 2:0
Qol: Leao, 40; 75.

Yuventus – Napoli 0:1
Qol: Raspadori, 90+3.

24 aprel

Atalanta – Roma 3:1
Qol: Paşaliç, 39. Toloy, 74. Kopmeyners, 84 – Pelleqrini, 83.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: