A Seriyası: “Roma” – “Milan” matçında dramatik sonluq

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 32-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Günün ilk oyunu UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Roma” ilə “Milan” arasında baş tutub. Tərəflər 90 dəqiqəni qolsuz başa vurublar. Yalnız əlavə vaxtda meydan sahibləri açıblar. Amma matç tamamlana kimi qonaqlar da fərqlənərək məğlubiyyətdən xilas olmağı bacarıblar.

Üç qolun qeydə alındığı “Torino” – “Atalanta” matçında isə qonaqlar qələbəyə seviniblər.

32-ci tura sabah keçiriləcək altı oyunla yekun vurulacaq.

İtaliya A Seriyası
32-ci tur
28 aprel

Leççe – Udineze 1:0
Qol: Strefezza, 62-pen.

Spetsiya – Montsa 0:2
Qol: Çiurria 21. K.Auqusto, 90+3.

29 aprel

Roma – Milan 1:1
Qol: Abraham, 90+4 – Salemakers, 90+7.

Torino – Atalanta 1:2
Qol: Sanabria, 75 – Zappakosta, 34. Sapata, 88.

30 aprel

14:30. İnter – Latsio
17:00. Kremoneze – Verona
17:00. Napoli – Salernitana
17:00. Sassuolo – Empoli
20:00. Fiorentina – Sampdoriya
22:45. Bolonya – Yuventus

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: