A Seriyası: “Roma” xal itirdi, “Latsio” “Atalanta”ya uduzdu

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 22-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Empoli” – “Spetsiya” matçında qalib müəyyənləşməyib. Səfərdə “Leççe” ilə qarşılaşan “Roma” da turu 1 xalla başa vurub. “Latsio” isə doğma meydanda “Atalanta”ya 2 cavabsız qolla uduzub.

Turun qalan qarşılaşmaları 12 və 13 fevralda keçiriləcək.

İtaliya A Seriyası
22-ci tur
10 fevral

Milan – Torino 1:0
Qol: Jiru, 62.

11 fevral

Empoli – Spetsiya 2:2
Qol: Kambyaci, 71. Vinyato, 90+4 – Verde, 25-pen; 31.

Leççe – Roma 1:1
Qol: İbanyes, 7-öz qapısına – Dibala, 17-pen.

Latsio – Atalanta 0:2
Qol: Zappakosta, 23. Hoylund, 65.

12 fevral

15:30. Udineze – Sassuolo
18:00. Bolonya – Montsa
21:00. Yuventus – Fiorentina
23:45. Napoli – Kremoneze

13 fevral

21:30. Verona – Salernitana
23:45. Sampdoriya – İnter

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: