A Seriyası: “Sassuolo” və “Torino”dan çətin qələbə

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 25-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Sassuolo” – “Kremoneze” matçında meydan sahibləri qələbə qazanıblar. “Torino” da doğma meydanda “Bolonya”nı tək qolla məğlub edib.

Beləliklə, 25 turdan sonra 65 xala malik “Napoli” vahid liderdir. “İnter” 50 xalla ikinci, “Latsio” isə 48 xalla üçüncü pillədə qərarlaşıb. “Roma” və “Milan”ın 47, “Atalanta”nın 42, “Bolonya”nın, həmçinin hesabından 15 xal silinmiş “Yuventus”un 35, “Torino”nun 34, “Udineze və “Montsa”nın 32 xalı var.

İtaliya A Seriyası
25-ci tur
3 mart

Napoli – Latsio 0:1
Qol: Vesino, 67.

4 mart

Montsa – Empoli 2:1
Qol: Çurria, 19. İtso, 67 – Satriano, 51.

Atalanta – Udineze 0:0

Fiorentina – Milan 2:1
Qol: N.Qonsales, 49-pen. Yoviç, 87 – T.Hernandes, 90+5.

5 mart

Spetsiya – Verona 0:0

Sampdoriya – Salernitana 0:0

İnter – Leççe 2:0
Qol: Mxitaryan, 29. L.Martines, 53.

Roma – Yuventus 1:0
Qol: Mançini, 53.

6 mart

Sassuolo – Kremoneze 3:2
Qol: Loryente, 26. Frattezi, 41. Bayrami, 90+2 – Dessers, 62; 83.

Torino – Bolonya 1:0
Qol: Karamo, 22.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: