Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 27-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında “Sassuolo” doğma meydanda “Spetsiya”nı sınağa çəkib. Meydan sahibləri bu oyundan qələbə ilə ayrılıblar.
Günün digər matçında isə “Atalanta” öz evində “Empoli” ilə üz-üzə gəlib. Bu oyunda da meydan sahibləri əzmkar qələbəyə seviniblər.
27-ci turun qalan görüşləri martın 18 və 19-da keçiriləcək.
İtaliya A Seriyası
27-ci tur
17 mart
Sassuolo – Spetsiya 1:0
Qol: Berardi, 71-pen.
Atalanta – Empoli 2:1
Qol: De Ron, 58. Hoylund, 86 – Ebuehi, 44.
18 mart
18:00. Montsa – Kremoneze
21:00. Salernitana – Bolonya
23:45. Udineze – Milan
19 mart
15:30. Sampdoriya – Verona
18:00. Fiorentina – Leççe
18:00 Torino – Napoli
21:00. Latsio – Roma
23:45. İnter – Yuventus


