A Seriyası: “Torino” autsayderlə bacarmadı

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 23-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Torino” doğma meydanda çempionatın aşkar autsayderi “Kremoneze” ilə münasibətlərinə aydınlıq gətirib. Hesabı Turin təmsilçisi açıb. Amma sonradan iki qol vurmağa nail olan “Kremoneze” hesabda önə keçməyi bacarıb. “Torino”nun gücü yalnız bərabərlik qoluna çatıb. Beləcə, 4 qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Beləliklə, 23 turdan sonra 62 xala malik “Napoli” vahid liderdir. İkinci pillədəki “İnter” 47 xal toplayıbsa, “Roma” və “Milan”ın 44 xalı var. “Latsio” 42, “Atalanta” 41, məlum səbəblərdən 15 xalı silinmiş “Yuventus” 32 xal yığıb. “Bolonya” da Turin təmsilçisi ilə eyni xala malikdir. “Torino”nun 31, “Udineze”nin isə 30 xalı var. Aç ardıcıl məğlubiyyətdən sonra bu tur Turində xal qazanan “Kremoneze” isə 9 xalla sonuncu sıradadır.

İtaliya A Seriyası
23-cü tur
17 fevral

Sassuolo – Napoli 0:2
Qol: Kvaratsxeliya, 12. Osimhen, 33.

18 fevral

Sampdoriya – Bolonya 1:2
Qol: Sabiri, 68-pen – Soriano, 27. Orsolini, 90.

Montsa – Milan 0:1
Qol: Messias, 31.

İnter – Udineze 3:1
Qol: Lukaku, 20-pen. Mxitaryan, 73. L.Martines, 89 – Lovriç, 43.

19 fevral

Atalanta – Leççe 1:2
Qol: Hoylund, 87 – Sisey, 4. Blin, 74.

Fiorentina – Empoli 1:1
Qol: Kabral, 85 – Kambyaci, 29.

Salernitana – Latsio 0:2
Qol: İmmobile, 60; 69-pen.

Spetsiya – Yuventus 0:2
Qol: Kin, 32. Di Mariya, 66.

Roma – Verona 1:0
Qol: Solbakken, 45.

20 fevral

Torino – Kremoneze 2:2
Qol: Sanabriya, 41-pen. Sinqo, 79 – Tsadjut, 54. Valeri, 75.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: