Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 29-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha yeddi qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Udineze” – “Montsa” matçında qalib müəyyənləşməyib. “Fiorentina” ilə “Spetsiya”nın duelində də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Atalanta” doğma meydanda “Bolonya”ya, “Sampdoriya” “Kremoneze”yə uduzub. “Verona” isə “Sassuolo”nu məğlub yola salıb.
Üç qolun vurulduğu “Latsio” – “Yuventus” matçı meydan sahiblərinin xeyrinə yekunlaşıb. Paytaxtın digər təmsilçisi “Roma” isə səfərdə Turinin başqa klubu “Torino”nu tək qolla üstələyib.
Beləliklə, 29 turdan sonra 74 xala malik “Napoli” vahid liderdir. “Latsio” 38 xalla 2-ci, “Roma” 53 xalla 3-cü pillədə qərarlaşıb. “Milan”ın 52, “İnter”in 51, “Atalanta”nın 48 xalı var. Məlum səbəblərdən hesabından 15 xalı silinmiş “Yuventus” hazırda 44 xalla 7-cidir. “Bolonya” 43, “Fiorentina” 41, “Udineze” isə 39 xal toplaya bilib.
İtaliya A Seriyası
29-cu tur
7 aprel
Salernitana – İnter 1:1
Qol: Kandreva, 90 – Qosens, 6.
Leççe – Napoli 1:2
Qol: Di Françeskoo, 52 – Di Lorentso, 18. Qallo, 64-öz qapısına.
Milan – Empoli 0:0
8 aprel
Udineze – Montsa 2:2
Qol: Lovriç, 18. Beto, 90+2-pen – Kolpani, 48. Rovella, 56.
Fiorentina – Spetsiya 1:1
Qol: Vişnyevski, 25-öz qapısına – Nzola, 32.
Atalanta – Bolonya 0:2
Qol: Sansone, 49. Orsolini, 86.
Sampdoriya – Kremoneze 2:3
Qol: Leris, 15. Lammers, 66 – Gilyone, 35. Loçoşvili, 85. Sernikola, 90+5.
Torino – Roma 0:1
Qol: Dibala, 8-pen.
Verona – Sassuolo 2:1
Qol: Çekkerini, 84. Qaiç, 90+5 – Harrui, 34.
Latsio – Yuventus 2:1
Qol: Milinkoviç-Saviç, 38. Zakkayni, 53 – Rabyo, 42.


