A Seriyası: “Udineze” “Milan”ı xalsız yola saldı

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 27-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Montsa” – “Kremoneze” matçında qalib müəyyənləşməyib. Dörd qolun qeydə alındığı “Salernitana” – “Bolonya” matçında da heç-heçə qeydə alınıb. Son çempion “Milan” isə səfərdə “Udineze”yə məğlub olub.

27-ci turun qalan görüşləri martın 19-da keçiriləcək.

İtaliya A Seriyası
27-ci tur
17 mart

Sassuolo – Spetsiya 1:0
Qol: Berardi, 71-pen.

Atalanta – Empoli 2:1
Qol: De Ron, 58. Hoylund, 86 – Ebuehi, 44.

18 mart

Montsa – Kremoneze 1:1
Qol: K.Auqusto, 69 – Çiofani, 61.

Salernitana – Bolonya 2:2
Qol: Pirola, 7. Dia, 64 – Ferquson, 11. Likoyannis, 73.

Udineze – Milan 3:1
Qol: R.Pereyra, 9. Beto, 45+6. Ehizibue, 70 – İbrahimoviç, 45+4-pen.

19 mart

15:30. Sampdoriya – Verona
18:00. Fiorentina – Leççe
18:00 Torino – Napoli
21:00. Latsio – Roma
23:45. İnter – Yuventus

Xəbəri sosial şəbəkələrdə paylaş: