A Seriyası: “Yuventus” səfərdə, “Roma” evdə qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Kalyari” “Cenoa”nı, “Roma” isə “Leççe”ni məğlub yola salıb. Dörd qolun qeydə alındığı “Verona” – “Montsa” matçında qonaqlar qələbəni bayram ediblər.

“Fiorentina”nın qonağı olan “Yuventus” da turu qələbə ilə başa vurub.

11-ci tura sabah keçiriləcək “Frozinone” – “Empoli” və “Torino” – “Sassuolo” oyunları ilə yekun vuluacaq.

İtaliya, A Seriyası
11-ci tur
3 noyabr

Bolonya – Latsio 1:0
Qol: Ferquson, 46.

4 noyabr

Salernitana – Napoli 0:2
Qollar: Raspadori, 13. Elmas, 82.

Atalanta – İnter 1:2
Qollar: Skamakka, 61 – H.Çalhanoğlu, 40-pen. L.Martines, 57.

Milan – Udineze 0:1
Qol: R.Pereyra, 62-pen.

5 noyabr

Verona – Montsa 1:3
Qollar: Folorunşo, 86 – Kolombo, 41; 73; 84.

Kalyari – Cenoa 2:1
Qollar: Viola, 48. Zappa, 69.

Roma – Leççe 2:1
Qollar: S.Azmun, 90+1. Lukaku, 90+4 – Almkvist, 71.

Fiorentina – Yuventus 0:1
Qol: Miretti, 10.

6 noyabr

21:30. Frozinone – Empoli
23:45. Torino – Sassuolo

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: