A Seriyası: “Yuventus” səfərdə, “Roma” evdə qalib gəldi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 23-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha beş qarşılaşma baş tutub.

“Fiorentina” – “Empoli” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Üç qolun qeydə alındığı “Atalanta” – “Leççe” matçı qonaqların qələbəsilə yekunlaşıb. “Latsio” səfərdə “Salernitana”nı, “Yuventus” isə “Spetsiya”nı 2 cavabsız qolla məğlub edib. “Roma” da evdə “Verona”nı tək qolla üstələyib.

Hazırda 62 xala malik “Napoli” vahid liderdir. İkinci pillədəki “İnter” 47 xal toplayıbsa, “Roma” və “Milan”ın 44 xalı var. “Latsio” 42, “Atalanta” 41, məlum səbəblərdən 15 xalı silinmiş “Yuventus” 32 xal yığıb. “Bolonya” da Turin təmsilçisi ilə eyni xala malikdir. “Torino” və “Udineze”nin isə 30 xalı var.

Tura fevralın 20-də keçiriləcək “Torino” – “Kremoneze” matçı ilə yekun vurulacaq.

İtaliya A Seriyası
23-cü tur
17 fevral

Sassuolo – Napoli 0:2
Qol: Kvaratsxeliya, 12. Osimhen, 33.

18 fevral

Sampdoriya – Bolonya 1:2
Qol: Sabiri, 68-pen – Soriano, 27. Orsolini, 90.

Montsa – Milan 0:1
Qol: Messias, 31.

İnter – Udineze 3:1
Qol: Lukaku, 20-pen. Mxitaryan, 73. L.Martines, 89 – Lovriç, 43.

19 fevral

Atalanta – Leççe 1:2
Qol: Hoylund, 87 – Sisey, 4. Blin, 74.

Fiorentina – Empoli 1:1
Qol: Kabral, 85 – Kambyaci, 29.

Salernitana – Latsio 0:2
Qol: İmmobile, 60; 69-pen.

Spetsiya – Yuventus 0:2
Qol: Kin, 32. Di Mariya, 66.

Roma – Verona 1:0
Qol: Solbakken, 45.

20 fevral

23:45. Torino – Kremoneze

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: