A Seriyası: “Yuventus” xal itirdi, “Roma” 4 qola sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 15-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Cenoa” – “Torino” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Yuventus” – “Bolonya” görüşündə də tərəflər hərəyə 1 xalla kifayətləniblər.

Uğursuz mövsüm keçirən “Roma” isə bu turda “Leççe” ilə ev oyunundan darmadağına sevinib.

Qeyd edək ki, 15-ci turun qalan oyunları dekabrın 8-də və 9-da keçiriləcək.

İtaliya, A Seriyası
15-ci tur
6 dekabr

İnter – Parma 3:1
Qollar: Dimarko, 40. Barella, 53. Türam, 66 – Darmian, 81-öz qapısına.

Atalanta – Milan 2:1
Qollar: De Ketelare, 12. Lukman, 87 – Morata, 22.

7 dekabr

Cenoa – Torino 0:0

Yuventus – Bolonya 2:2
Qollar: Kopmeyners, 62. Mbanqula, 90+2 – Ndoye, 30. Pobeqa, 52.

Roma – Leççe 4:1
Qollar: Salemakers, 13. Mançini, 59. Pisilli, 66. Kone, 86 – Krstoviç, 40-pen.

8 dekabr

15:30. Fiorentina – Kalyari
18:00. Verona – Empoli
21:00. Venesiya – Komo
23:45. Napoli – Latsio

9 dekabr

23:45. Montsa – Udineze

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: