A Seriyası: “Yuventus”dan ilk turda darmadağın

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 1-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Roma” – “Salernitana” matçında qalib müəyyənləşməyib.

“Atalanta” səfərdə “Sassuolo” üzərində inamlı qələbəyə sevinib. “Udineze”nin qonağı olan “Yuventus” da ilk turda darmadağınla qalib gəlib.

Üç qolun qeydə alındığı “Leççe” – “Latsio” görüşü isə meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası
1-ci tur
19 avqust

Cenoa – Fiorentina 1:4
Qollar: Biraski, 58 – Biraqi, 5. Bonaventura, 11. N.Qonsales, 40. Mandraqora, 56.

İnter – Montsa 2:0
Qollar: L.Martines, 8; 76.

Empoli – Verona 0:1
Qol: Bonatsoli, 75.

Frozinone – Napoli 1:3
Qollar: Harrui, 7-pen – Politano, 24. Osimhen, 42; 79.

20 avqust

Roma – Salernitana 2:2
Qollar: Belotti, 17; 82 – Kandreva, 36; 49.

Sassuolo – Atalanta 0:2
Qollar: De Ketelare, 83. Zortea, 90+3.

Leççe – Latsio 2:1
Qollar: Almqvist, 85. Di Françesko, 87 – İmmobile, 26.

Udineze – Yuventus 0:3
Qollar: Kyeza, 2. Vlahoviç, 20. Rabyö, 45+3.

21 avqust

20:30. Torino – Kalyari
22:45. Bolonya – Milan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: