Məlum olduğu kimi, İtaliya A Seriyasının 4 oyunu, aprelin 21-də Roma Papası Fransiskin vəfatı ilə əlaqədar təxirə salınıb.
Arena.az İtaliya A Seriyasının rəsmi saytına istinadən məluat verir ki, təxirə salınmış oyunlar aprelin 23-də keçiriləcək.
Beləliklə, sabah, aprelin 23-də İtaliya çempionatının təxirə salınmış dörd oyunu baş tutacaq:
“Torino” – “Udineze”
“Kalyari” – “Fiorentina”
“Cenoa” – “Latsio”
“Parma” – Yuventus”
33 turdan sonra “İnter” 71 xalla İtaliya A Seriyasında yarış cədvəlinə başçılıq edir. Eyni miqdarda xal toplamış “Napoli” 2-ci pillədə qərarlaşıb. “Eşşəkciklər” “neradzurri”dən top fərqi üzrə geri qalırlar.


