Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Zirə” heyətini yeni futbolçu – cinah hücumçusu Abdul Aziz Batibye ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, toqolu futbolçu ilə 4 illik müqavilə imzalanıb. Bu, 18 yaşlı vingerin karyerasında ilk peşəkar müqavilədir.
Xatırladaq ki, “Zirə” daha öncə Brahim Konate, Yeqor Boqomolski və Rövlan Muradovu da heyətinə qatmışdı. Ruan Renato, İsmayıl İbrahimli, Anar Nəzirov və Hacıağa Hacılı isə qəsəbə təmsilçisi ilə yeni müqaviləyə imza atıb. Rüstəm Əhmədzadə, Məqsəd İsayev və Pyer Zebli də komandanı tərk ediblər.


