Abdullah Zubir “Ə-Uruba” klubuna keçəsi olmadı – Səbəb

Bir neçə gün öncə “Qarabağ”dan ayrılmış fransalı futbolçu Abdullah Zubir Səudiyyə Ərəbistanının “Əl-Uruba” klubunda çıxış edə bilməyəcək.

Arena.az bu barədə Fransanın ünlü “Ekip” nəşrinə istinadla xəbər verir.

İddiaya görə, “Əl-Uruba” 34 yaşlı futbolçunun müqaviləsini Səudiyyə Ərəbistanı Liqası üçün qeydiyyatdan keçirə bilməyib. Buna klubun maliyyə təminatının Liqanın tələblərinə cavab verməməsi səbəb olub.

Qeyd edək ki, Zubirin “Qarabağ”dan ayrılandan sonra karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcəyi barədə iddialar var idi. Amma fransalı futbolçunun Ağdam klubundan artıq bir aya yaxındır ayrılmasına rəğmən, yeni iş yeri hələ də müəyyənləşməyib. Zubir hazırda azad agent statusundadır və karyerasını başqa klubda davam etdirə bilər.

Abdullah Zubir 2018-ci ildən “Qarabağ”da oynayırdı. Fransalı vinger bu müddətdə 368 matçda 78 qol vurub. O, komandanın heyətində 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir komandanın heyətində 1 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə Avropa Liqasının, 1 dəfə Konfrans Liqasının əsas mərhələsində iştirak edib. O, UEFA Çempionlar Liqasının və Konfrans Liqasının 1/8 finala vəsiqə uğrunda pley-off mərhələlərinin, Avropa Liqasının 1/8 final mərhələsinin iştirakçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: