Abdullah Zubir “Qarabağ”da 150-ci oyununu keçirdi

Abdullah Zubir “Qarabağ”da 150-ci oyununu keçirib. Arena.az xəbər verir ki, fransalı legionerin yubileyi Azərbaycan Premyer Liqasının 22-ci turuna təsadüf edib.

“Sumqayıt”la səfər matçında (3:0) Zubir 150-ci dəfə Ağdam klubunun formasını geyinib. O, bu qarşılaşmalarda 34 qola imza atıb. Yarımmüdafiəçi Premyer Liqada 88 (26 qol), avrokuboklarda 50 (8 qol), ölkə kubokunda 12 dəfə meydana çıxıb.

Xatırladaq ki, Abdullah Zubir “Qarabağ”da 2018-ci ildə debüt edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: