AÇ-2024: Çexiya millisi heyətini açıqladı

Futbol üzrə Çexiya milli komandasının gələn ay start götürəcək Avropa çempionatı (AÇ-2024) üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Baş məşçqi İvan Haşek heyətdə 26 futbolçuya yer verib. Heyətdə yer almış oyunçuların siyahısını təqdim edirik:

Qapıçılar: Viteslav Yaroş (“Şturm”, Avstriya), Matey Kovarj (“Bayer”, Almaniya), Yindrix Stanek (“Slaviya”, Praqa);

Müdafiəçilər: Vladimir Çoufal (“Vest Hem”, İngiltərə), David Doudera (“Slaviya”, Praqa), Tomaş Holeş (“Slaviya”, Praqa), Robin Hranaç (“Viktoriya”, Plzen), David Yurasek (“Hoffenhaym”, Almaniya), Ladislav Kreyçi (“Sparta”, Praqa), Martin Vitik (“Sparta”, Praqa), Tomaş Vlçek (“Slaviya”, Praqa), David Zima (“Slaviya”, Praqa);

Yarımmüdafiəçilər: Antonin Barak (“Fiorentina”, İtaliya), Vatslav Çerni (“Volfsburq”, Almaniya), Lukaş Çerv (“Viktoriya”, Plzen), Matey Yuraşek (“Slaviya”, Praqa), Andrey Linqr (“Feyenoord”, Niderland), Lukaş Provod (“Slaviya”, Praqa), Mixal Sadilek (“Tvente”, Niderland), Tomaş Souçek (“Vest Hem”, İngiltərə), Pavel Şults (“Viktoriya”, Plzen);

Hücumçular: Adam Hlojek (“Bayer”, Almaniya), Tomaş Xori (“Viktoriya”, Plzen), Moymir Xitil (“Slaviya”, Praqa), Yan Kuxta (“Sparta”, Praqa), Patrik Şik (“Bayer”, Almaniya).

Xatırladaq ki, Almaniyada keçiriləcək Avropa çempionatına iyunun 14-də start veriləcək. İyulun 15-də yekunlaşacaq AÇ-2024-də Çexiya yığması F qrupunda Portuqaliya (18 iyun), Gürcüstan (22) və Türkiyə (26) ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: