2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 9-cu tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qrup (A, F, G və J qrupları) üzrə 9 qarşılaşma baş tutub.
A qrupunda xalsız olan Kipr yığması İspaniya millisini, qonşu Gürcüstan isə Şotlandiya seçməsini qəbul edib. İspanların səfərdə inamlı qələbəyə sevindiyi gündə qrupun digər matçı heç-heçə bitib.
F qrupunda Azərbaycan millisi doğma meydanda İsveçlə üz-üzə gəlib və darmadağınla qalib gəlib. Qrupun digər oyunu Estoniya və Avstriya yığmaları arasında baş tutub. Bu oyunda da avstriyalılar səfərdə inamlı qələbə sayəsində liderliyi ələ keçiriblər.
G qrupunun Bolqarıstan – Macarıstan matçında məhsuldar heç-heçə qeydə alınıb. Monteneqro isə Litva ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. Bu nəticələrdən sonra Macarıstan yığması da növbəti Avropa çempionatına vəsiqəni təmin edib.
J qrupunda lider Portuqaliya yığması Lixtenşteynin qonağı olub və 2 cavabsız qolla qalib gəlib. Lüksemburq Bosniya və Herseqovina ilə ev oyununda darmadağına imza atıb. Slovakiya isə İslandiya yığması ilə görüşdən qalib ayrılıb. Nəticədə Slovakiya yığması da Avropa çempionatına vəsiqə qazanıb.
Xatırladaq ki, daha öncə Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya və İngiltərə yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişdilər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.
Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 9-cu tur
16 noyabr
A qrupu
Kipr – İspaniya 1:3
Qollar: Pileas, 75 – Yamal, 5. Xoselu, 28. Rikelme, 28.
Gürcüstan – Şotlandiya 2:2
Qollar: Kvaratsxeliya, 15; 57 – Maktominey, 49. Şenklend, 90+3.
Xal: İspaniya – 18. Şotlandiya – 16. Norveç – 10. Gürcüstan – 8. Kipr – 0.
F qrupu
Azərbaycan – İsveç 3:0
Qollar: E.Mahmudov, 3; 89. R.Dadaşov, 6.
Estoniya – Avstriya 0:2
Qollar: Laymer, 26. Linhart, 40.
Xal: Avstriya – 19. Belçika – 17. İsveç – 7. Azərbaycan – 7. Estoniya – 1.
G qrupu
Bolqarıstan – Macarıstan 2:2
Qollar: Deyev, 24. Despodov, 78-pen – Adam, 10. Petkov, 90+7-öz qapısına.
Monteneqro – Litva 2:0
Qollar: Kuç, 3. Yovetiç, 48.
Xal: Macarıstan – 15. Serbiya – 13. Monteneqro – 11. Litva – 6. Bolqarıstan – 3.
J qrupu
Lixtenşteyn – Portuqaliya 0:2
Qollar: Ronaldo, 46. Kanselo, 57.
Lüksemburq – Bosniya və Herseqovina 4:1
Qollar: Olesen, 6. Rodriqes, 30-pen; 90+5. Muyakiç, 55-öz qapısına – Qoykoviç, 90+4.
Slovakiya – İslandiya 4:2
Qollar: Kuçka, 30. Duda, 36-pen. Haraslin, 47; 55 – Oskarsson, 17. Qudyonsen, 74.
Xal: Portuqaliya – 27. Slovakiya – 19. Lüksemburq – 14. İslandiya – 10. Bosniya və Herseqovina – 9. Lixtenşteyn – 0.


